Respublika Uşaq Klinik Xəstəxanasında insanı şoka salacaq faktlar-Rəsmi araşdırma
01.04.2015 814 0.0 0

Səhiyyə Nazirliyinin “Tibb” qəzeti tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasında araşdırma aparılıb.

 

Nazirlikdən  verilən xəbərə görə, xəstəxanadakı mövcud vəziyyətlə bağlı aparılan araşdırma zamanı xəstəxanada bəzi nöqsanlar aşkarlanıb.

 

Araşdırma zamanı məlum olub lo, xəstəxananın dərman ehtiyatını akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında fəaliyyət göstərən mərkəzləşmiş aptek təmin edir. Oradan alınan dərmanlar - ayrıca daxili aptek olmadığı üçün - baş tibb bacısının otağında saxlanılır.

 

Həmin xəstəxanada dərmanlara baxış zamanı ciddi bir nöqsana da rast gəlinib. Belə ki, 2 qutu (20 tablet) “Enalapril” preparatının istifadə müddəti bitib. Araşdırma zamanı o da məlum olub ki, bəzi yerlərdə istifadə müddəti bitmiş preparatlar var. I Pediatriya şöbəsində vaxtı keçmiş 3 ampul “Adrenalin - Zdorovye”, II Pediatriya şöbəsində də isə 11 ampul “Sulfokamfokain- Darniya” aşkarlanıb.

 

“Qəbul jurnalı”na baxarkən bir nöqsana da rast gəlinib. Belə ki, xəstələrin evə buraxılması haqqında heç bir qeyd aparılmayıb. Həmin gün bu tibb ocağında ümumilikdə 81 nəfər xəstə olsa da, jurnalda onların sayı yüzlərlə idi. Xəstəxanadan bildirilib ki, artıq xəstələrin qeydiyyatı elektron variantda aparılır və bu jurnal faktiki lazım deyil./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar