Respublika stadionunda insident baş verib
02.10.2015 839 0.0 0

 

Bu gün UEFA Avropa Liqasının II turu çərçivəsində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Anderlext" oyunundan sonra insident baş verib.

Qazeta.info "Report"-un məlumatına əsasən xəbər verir ki, matçdan sonra "Anderlext" futbolçuları tribunada əyləşən azsaylı azarkeşlərinə doğru yaxınlaşarkən fanatlardan bir qismi meydana daxil olmağa cəhd göstərib.

Məsələyə hüquq-mühafizə orqanları əməkdaşları müdaxilə edib və azarkeşlərin stadiona daxil olmasının qarşısı alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar