REAL-ın iki üzvü 7 sutkalıq həbs edilib
16.08.2016 529 0.0 0

Səbail rayon Məhkəməsində REAL hərəkatının üzvləri – Toğrul İsmayılov və Elşən Qasımovun məhkəməsi keçirilib.

 

Qazeta.info bildirir ki, REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlının APA-ya verdiyi məlumata görə, onların hər biri 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, onlar ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb.

 

T. İsmayılov hərəkatın Nəsimi və Səbail məclislərinin sədri, T. Qasımov isə Binəqədi rayon məclisinin sədr müavinidir. 


Digər xəbərlər:
Şərhlər
avatar