Ərdoğanın ağır cavabı və Putindən geriyə addım
08.08.2015 1971 0.0 0

Rusiyanın Energetika Nazirliyi "Türk axını" layihəsi üzrə hökumətlərarası sazişin iki variantını Türkiyəyə göndərib.

Məlumata görə, bu barədə nazirlikdəki mənbə RİA Novosti informasiya agentliyinə bildirib.

Mənbənin sözlərinə görə, təkliflərdən biri birinci xəttin tikintisi, digəri isə bütün dörd xəttin tikintisi ilə bağlıdır.

Sənədlərin göndərildyi tarix barədə məlumat verilmir.

Bundan başqa, "Qazprom" şirkətinin nümayəndəsi isə guya şirkətdə "Türk axını"nın konfiqurasiyasının dəyişməsi barədə qərarın qəbul edildiyi və qaz kəmərinin yalnız bir və ya iki xəttdən ibarət olacağına dair məlumatları şərh etməkdən imtina edib.

 


"Türk axını" layihəsinin xətirəsi

 

"Türk axını" layihəsi ilə bağlı Rusiya və Türkiyə arasında müəyyən problemlər yaranıb. Türkiyə tərəfi iddia edir ki, problemi Rusiya tərəfi yaradır. Elə bu səbəbdən rəsmi Ankara "Türk axını" layihəsinin ötən həftə dayandırılması barədə qərar verdi.

Rusiyanın "Qazprom" şirkətinin Türkiyəyə nəql etdiyi təbii qazın qiymətində endirimlə bağlı razılıq da əldə olunmayıb. İki ölkə arasında "Türk axını" ilə bağlı yaranan problemlərin əsasında duran faktorlardan biri budur.

Həmçinin oxuyun: Ərdoğanın Putinə cavabı ağır oldu

Tərəflər arasında layihə üzrə danışıqların nə vaxt bərpa ediləcəyi isə dəqiq məlum deyil.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız "Türk axını" ilə bağlı açıqlamasında Rusiyanın layihədə Türkiyəni sadəcə tranzit ölkə kimi görməkdə ittiham etmişdi.

"Bunun isə bizim üçün heç bir mənası yoxdur. Biz təbii qazın birgə çatdırılması sisteminin yaradılmasında maraqlıyıq. Bu məsələ ilə bağlı prinsipial razılaşma əldə olunmuşdu, lakin Rusiya geri çəkildi", - Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, "Türk axını" layihəsi həm Moskvanın, həm də Ankarının maraqlarına cavab verməlidir: "Bizim maraqlarımızı təhdid edən güzəştlərə getməyəcəyik. Problem təbii qazın güzəştlərlə verilməsi ilə həll oluna bilməz".

 

Rəsmi Ankaranın "Türk axını" layihəsini dayandırmasından sonra Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin payızda görüşəcəkləri barədə qərar veriblər. Prezidentlər layihə ilə bağlı müzakirələr aparacaqlar.

Rusiya "Türk Axını" layihəsi ildə 63 milyard kubmetr qazı Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə nəqlini nəzərdə tutur. Qaz kəməri 4 xətdən ibarət olacaq və Türkiyə-Yunanıstan sərhədinə 47 milyard kubmetr qaz nəql edəcək.

"Türk axını" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar Rusiyanın "Cənub axını" layihəsi üzrə inşaat işlərinin dayandırılmasından sonra verilmişdi. Vladimir Putin 2014-cü il dekabr ayında Ankaraya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.

Putin Ukrayna böhranı ilə bağlı Avropa Birliyinin mövqeyinə görə Ankarada bəyan etmişdi ki, "Türk axını" layihəsi həyata keçiriləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar