Ərdoğan Zelenski ilə son vəziyyəti müzakirə edib
16.03.2022 318 0.0 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

"Anadolu" agentliyinə istinadən xəbər verilir ki, söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün intensiv diplomatik səylər göstərir.

Türkiyə dövlətinin başçısı vurğulayıb ki, Ankara Ukraynada uzunmüddətli atəşkəsin tezliklə bərqərar olmasına çalışır. O, müharibənin davam etdirilməsinin heç bir tərəfə fayda verməyəcəyinə işarə edib.

Ərdoğan Ukrayna və Rusiya liderləri arasında görüş təşkil etmək üçün səylərini davam etdirəcəyinə əmin edib.

Dövlət başçısı əlavə edib ki, Türkiyə həm Ukraynada, həm də qonşu ölkələrdə yaşayan ukraynalılara humanitar yardım çatdırmaqda davam edir. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar