Ərdoğan və Putinin iştirakı ilə Türkiyədə Akkuyu AES-in təməli qoyulub
03.04.2018 703 0.0 0

Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının 1-ci blokunun təməlqoyma mərasimi keçirilib.

 

NTV-yə istinadən verilən məlumata görə, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsi  mərasimə qatılıblar.

 

Rusiya prezidenti Vladimir Putin bildirib ki, AES istifadəyə verildikdən sonra Türkiyə istehlakçılarını ucuz və təmiz enerji ilə təmin edəcək: “Birinci blokun Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub. Stansiyanın istehlakçıların 10 faiz tələbatını ödəyəcəyi planlaşdırlır”.

 

Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandeyib ki, bu gün dünya Türkiyənin inkişafı və enerji sahəsində Türkiyə-Rusiya münasibətləri sahəsində tarixi bir hadisəyə şahid olur: “S-400, "Türk axını" və indi təməlini qoyacağımız Akkuyu Atom Elektrik Stansiyası iki ölkə arasında birgə layihələrdən bir neçəsidir. İki ölkə Suriyadakı terror təhdidi və toqquşmaların sona yeritməsi ilə bağlı da əməkdaşlıq edir. Türkiyə 2023-cü ildən etibarən nüvə enerjisi istehsalından istifadə edən ölkə olacaq. Enerji səbətimizi daha da sağlamlaşdıracağıq. Bu stansiya enerji təhlükəsizliyinə töhfə verərək iqlim dəyişikliyində də vacib rol oynayacaq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar