Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır və dəstəkləyir
21.09.2016 405 0.0 0

Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır və dəstəkləyir, başqasının ərazisini zəbt etmək niyyətində deyil.
 
NTV telekanalına istinadən verilən xəbərə görə, bunu BMT Baş Assambleyasının 71-ci iclasında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan deyib.
 
“Türkiyə hamıdan çox  Suriyanın ərazi bütövlüyünə qiymət verir. Bizim başqalarının ərazisində gözümüz yoxdur və bunu heç kəs etməli deyil. Bizim keçirdiyimiz “Ərəfat qalxanı” əməliyyatı bölgədə sabitlik və təhlükəsizlik üçün böyük əhəmiyyətə malikdir. Bizim məqsədimiz ərazini İŞİD terrorçularından təmizləməkdir”, - deyə Ərdoğan qeyd edib.
 
Ərdoqan həmçinin qeyd edib ki, Türkiyə qeyd olunan əməliyyatı keçirməyə məcbur olub, çünki Suriyanın İŞİD-in nəzarətində olan ərazilərdən Türkiyənin həmsərhəd yaşayış məntəqələri mərmilərdən mütəmadi atəşə tutulub, nəticədə xeyli dinc sakin həlak olub.  
 
“Bizim Suriya ilə sərhədimizin uzunluğu 911 km təşkil edir, və o təhlükə altında olub. Biz mötədil müxalifətlə birlikdə Carablus şəhərini, sonra isə Xai şəhərini  İŞİD-dən təmizlədik. İndi orada artıq terror dəhlizi yoxdur, sülh dəhlizi var”, - deyə Ərdoğan vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar