Ərdoğan səbirsizliklə gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılacağı vaxtdan danışıb
05.11.2016 830 0.0 0

"Səkkiz il davam edən qlobal maliyyə böhranının neqativ təsirlərini yalnız islahatlar yolu ilə aradan qaldırmaq olar". Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bunu qonşu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Maliyyə konqresində çıxışı zamanı bildirib.
 
"Lazımi islahatların aparılmaması səbəbindən qlobal iqtisadiyyat 2008-ci ildəki həcmə çata bilməyib", - deyə prezident bildirib.
 
Onun sözlərinə görə, ciddi çağırışlara baxmayaraq, Türkiyə iqtisadiyyatı artım nümayiş etdirir: "Böyük dövlətlərin iqtisadi artım tempi 2% səviyyəsində olduğu halda, qeyri-stabil regionda yerləşən Türkiyənin iqtisadiyyatı 3-4% artıb. Qlobal maliyyə böhranı başlayan zaman mən bildirmişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri buna ciddi yanaşmadı. Lakin reallıq göstərdi ki, bir qədər qeyri-stabilliyi ilə seçilən 2009-cu ili nəzərə almasaq, Türkiyə iqtisadiyyatı rekord templərlə inkişaf etdi".
 
Ərdoğan bildirib ki, iri layihələrin reallaşdırılması davam etdirilir: "Ölkədə çevriliş cəhdinə baxmayaraq, biz bu layihələrin reallaşdırılmasını davam etdirdik. Onların arasında açılışı bu ilin sonuna planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də var. Bu layihə Londonla Pekin arasında dəmir yolu əlaqəsi yaradacaq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar