Ərdoğan Putindən qisas aldı
05.05.2015 1212 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin dəvətini qəbul etməyib.

Məlumata görə, Ərdoğanın 9 May bayram paradında iştirak etməyəcəyi artıq rəsmən təsdiqlənib. Bu cavab Kreml Sarayına da çatdırılıb. Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan paradda Türkiyəni Moskvadakı səfiri Ümit Yardım təmsil edəcək.

Ekspertlərin fikrincə, Putin 1915-ci il hadisələrinin ildönümü ərəfəsində etdiyi çıxışa və İrəvandakı qondarma erməni soyqırımını anma tədbirinə qatıldığına görə Ərdoğan onun dəvətini qəbul etməyib.

Qeyd edək ki, Vladimir Putin Türkiyə prezidentini 9 May hərbi paradda iştirak etməyə 1,5 ay əvvəl dəvət etmişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar