Ərdoğan Fars körfəzi ölkələrini Qətərin blokadasını aradan qaldırmağa çağırıb
10.06.2017 592 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin terrorçuluğu dəstəklədiyini görmədiyini və ona hərtərəfli dəstək göstərməyə davam edəcəyini bildirib.

Məlumata görə, bu barədə "Reuters" məlumat yayıb.

"Bəziləri var ki, onlara bizimlə qətərli qardaşlarımızı dəstəkləmək, onları ərzaq ilə təmin etmək rahat deyil. Çox təəssüf edirəm, lakin biz Qətərə hər bir yardım göstərməkdə davam edəcəyik. Mən bu günə qədər Qətərin terrorizmi dəstəklədiyini görməmişəm", — deyə Ərdoğan bildirib.

Türkiyə lideri Fars körfəzi ölkələrini Qətərin blokadasını aradan qaldırmağa çağırıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar