Ərdoğan: Biz Fəratın şərqindəki terror dəhlizini də məhv edəcəyik
13.06.2019 452 0.0 0

Türkiyə Fəratın şərqindəki terror dəhlizini də məhv edəcək.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxışı zamanı deyib.

T.Ərdoğan bildirib: "Biz Fəratın şərqində terror dəhlizini daha öncə Cerablus-Afrin xəttində və İraqın şimalında məhv etdiyimiz kimi məhv edəcəyik".

Rusiyada S-400 zeniot-raket komplekslərinin alınmasına toxunan ölkə başçısı qeyd edib ki, Türkiyə bu sistemləri artıq alıb: "Mən S-400 sistemlərini alacağıq demirəm. Mən bu sistemləri artıq almışıq deyirəm. Biz bu sistemləri birgə istehsalını nəzərdə tutan razılaşma imzalamışıq".

T.Ərdoğan həmçinin ABŞ-dan "F-35" qırıcı təyyarələrinin alınması haqqında da danışıb: "Türkiyə bu təyyarələrin yalnız müştərisi deyil, eyni zamanda istehsal üzrə tərəfdaşdır. Ayın sonunda Yaponiyada ABŞ prezidenti Donald Trampla görüşümüz olacaq. Bu məsələni biz onunlar müzakirə edəcəyik"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar