Ərdoğan Baş nazir Əhməd Davudoğlunun istefasını qəbul edib
09.06.2015 678 0.0 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Əhməd Davudoğlunun istefasını qəbul edib.

Trend-in məlumatına görə, dövlət başçısı Ə.Davudoğluna təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ə.Davudoğlu yeni hökumətin tərkibi formalaşdırılana qədər vəzifəsinin icrasına davam edəcək.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar