Ərdoğan: Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb
20.05.2019 440 0.0 0

Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstiqlaliyyət müharibəsinin 100 illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

T.Ərdoğna bildirib: "Bir əsrdən çoxdur Türkiyəyə qarşı əsassız iddialar irəli sürənlər arxiv sənədlərinə və faktlara, həmçinin Türkiyə xalqının yaşadığı ağrı hissinə israrla əhəmiyyət vermirlər".

Türkiyə prezidentinin sözlərinə görə, son 6 ilin hadisələri sübut etdi ki, Türkiyə xalqına münasibət dayişməyib, Türkiyəyə qarşı təzyiq davam etdirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar