Ərdoğan: `Suriyadakı əməliyyatların hədəfi hər hansı şəxs deyil`
01.12.2016 626 0.0 0

“Fərat qalxanı” (”Fırat kalkanı”) əməliyyatının hədəfi hər hansı dövlət və ya şəxs deyil, sadəcə terror qruplaşmalarıdır”.

NTV televiziyasına istinadən xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan icra hakimiyyəti başçılarının Beştəpədə keçirilən 30-cu toplantısındakı çıxışında bildirib.

“Heç kimin şübhəsi olmasın, söylədiklərimizi də kimsə başqa şəkildə yozmasın. Dəfələrlə demişik ki, Türkiyə təkbaşına qalsa da terror qruplaşmalarına qarşı mübarizəni davam etdirəcək” - R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 100 gündür Suriyada “Fərat qalxanı“ (“Fırat kalkanı”) adı altında əməliyyat həyata keçirir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar