Ərdoğan: `Putin Dağlıq Qarabağ probleminin həllində çox da ümidli deyil`
17.11.2017 839 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sooçiyə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putin ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini bildirib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bunu o, yerli "Star" nəşrinə müsahibəsində deyib.

"Cənab Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik. Rusiyanın Ermənistan üzərində də çəkisi var. [İşğal olunmuş] yeddi rayondan beşi ilə bağlı daha əvvəl çıxan qərar (BMT-nin erməni işğalına son qoyulması ilə bağlı qərarı) var. Bu qərarlara əməl edilməsinin vacibliyi üzərində dayandıq. Putin məsələyə müsbət baxır, amma görürəm ki, çox ümidli deyil. Tərəflərin mövqeyi səbəbindən onun ümidsiz olduğunu gördüm", – deyə Türkiyə prezidenti bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar