Ərdoğan: `Hücumlar olduqca Türkiyə irəliyə doğru daha inamla addımlar atır`
21.11.2017 815 0.0 0

“Bizi əsas incidən zahirdən bizdən biri kimi görünən alçaqlardan gələn zərbələrdir”.

 

“Haber 7”-ə istinadən verilən xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AK partiyasının qrup toplantısında çıxışında deyib.

 

O bildirib ki, NATO təlimlərindəki kimi tərbiyəsiz, gizli açıq mesaj verənlər bilməlidir ki, onlar hücum etdikcə Türkiyə irəliyə doğru daha inamla addımlar atır.

 

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyəyə qarşı yönəlmiş hiyləgər tədbirlərin arxasındakı siyasi məqsədlər tam aydındır.

 

Türkiyənin oyuncaq kimi oynanılan ölkələrdən olmadığını xüsusi vurğulayan R.T.Ərdoğan bildirib ki, ölkəsinə qarşı yönəlmiş hücumlar axmaqların deyil, alçaqların işi ola bilər: “Biz gerçək düşmənlərimizlə bacara bilərik. Əsas bizi incidən düşmənlərimiz tərəfdən deyil, onlarla birlikdə hərəkət edən, zahirdən isə bizdən biri kimi görünən alçaqlardan gələn hücumlardır. Necə deyərlər, “ağaca balta vurublar, sapı özümüzdəndir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar