Rayon avtomobilləri ilə bağlı rəsmi açıqlama (VİDEO)
24.07.2015 627 0.0 0
 

Azərbaycanın rayonlarından paytaxda gələn avtomobillərin şəhərə buraxılmaması məsələləsi hələ də aktualdır. 

Məlumata görə bu barədə ANS TV-yə açıqlamasında Baş Nazirin müavini 
Abid Şərifov məlumat verib. 

O deyib ki, gün ərzində Bakıya bölgələrdən 60-80 min arası nəqliyyat vasitəsi daxil olur. Bu isə paytaxtda ciddi tıxac problemi yaradır. Hökumət bölgələrdən gələn avtomobillərin saxlanılması üçün paytaxtın şimal və cənub giriş qapılarında müvəqqəti dayanacaqların tikintisinə start verib. 

 


Abid Şərifov - Baş Nazirin müavini

 

“Dayanacaqlar ödənişsiz olacaq və burda insanlar üçün bütün şəraitlər yaradılacaq. Xüsusi dayanacaqlardan şəhər istiqamətinə avtobusların və taksilərin olacağı nəzərdə tutulur”.

Abid Şərifov rayondan gələn maşınların paytaxta daha çox axşam vaxtı gəlməsini məqsədə uyğun hesab edir. “Deyirlər ki, axşam vaxtı ən çox qəza olur, amma belə bir statistika yoxdur”.

 

 

 

Rayon qeydiyyatlı avtomobillərin paytaxta girişinin məhdudlaşdırılmasına ölkədə keçirilən birinci Avropa oyunlarıərəfəsində başlanılıb. Daha əvvəl bu məhdudiyyətin iyulun 1-də aradan qaldırılacağı bildirilirdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar