RƏSMİ AÇIQLAMA-Evi yanan sakinlərə müjdə-Video
11.04.2015 785 0.0 0

Ötən gecə Bakının Xətai rayonundakı binada baş verən yanğın zamanı evlərinə ziyan dəyən sakinlərin yerləşdirilməsi dövlət tərəfindən həyata keçiriləcək. Bu barədə Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev məlumat verib. Birinci müavin yanğından sonra binada yaşayış olmadığını və sakinlərin başqa yerlərdə gecələdiyini bildirib. 

Hazırda hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, rayon İcra Hakimiyyətinin əməkdaşları, fövqəladə hallar komissiyasının üzvləri araşdırma aparır. Araşdırmalardan sonra əhaliyə dəymiş ziyan müəyyən edilərək və kompensasiya ödəniləcək. Bundan əlavə, sakinlər İcra Hakimiyyətinin hesabına kirayə evlərə yerləşdiriləcək. Onların evləri təmir olunana qədər kirayə haqqı dövlət tərəfindən ödəniləcək”, - deyə Rafiq Quliyev bildirib.

Qeyd edək ki, ötən gün Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar