Rəşad Dağlı şouda üsyan etdi: Dağlı qadını elə olmur (VİDEO)
23.05.2015 1783 0.0 0

Üç günlük fasilədən sonra efirə gedən "Maşın" şounun növbəti buraxılışı da qalmaqalsız ötüşməyib.

Məlumata görə, iştirakçıların gizli səsverməsi nəticəsində yarışmanı tərk etməyə namizəd olan müğənni Xatirə İslama SMS səsverməsini qazanacağı halda, aktrisa mehriban Xanlarovanı çıxaracağını açıqlayıb. 

Aktrisa Mehriban Xanlarova isə ötən buraxılışlarda olduğu kimi yenə də yarışmada qalmaq üçün dağlılardan səs istəyib.

Şounun digər dağlı iştirakçısı olan məşhur meyxanaçı Rəşad Dağlı onun fikirlərinə sərt reaksiya verib:
"Mən istəmirəm, Azərbaycanı bölgələrə bölüm. O, öz təmsil etdiyi bölgənin adın hallandırır. Camaat da elə biləcək ki, bütün dağlı qadınları Mehriban xanım kimidir. Yox, dağlı qadınlarını tanımaq üçün nümunə Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən analardır, Mehriban xanım deyil. Mehriban xanım, burdan gedən Kərim də dağlıydı".

Mehriban Xanlarova isə ona cavab olaraq, "Sənin acığına bir daha bütün dağlılardan, qadınlardan, kişilərdən, körpələrdən də səs istəyirəm. Kərim getdi yaxşı oldu, sən də get" – deyib.

Qeyd edək ki, müğənni Xatirə İslam sonda 64.14% səs yığaraq aktrisa Mehriban Xanlarovanı verilişdən uzaqlaşdırıb./anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar