Rəqəmsal yayıma keçid: televizorlar göstərmirsə, problemi belə həll edin-Video
03.11.2016 1014 0.0 0

Bu gündən etibarən Bakı və Abşeron yarımadasında rəqəmsal yayımı dəstəkləməyən televizorlarda kanalları izləmək mümkün deyil. Bu məqsədlə mütləq televizorlara dekoder quraşdırılmalıdır. Bu cihazın quraşdırılması isə bir neçə mərhələdən keçir.

Bundan sonrakı mərhələdə isə dekoder və televizora müxtəlif kabellər qoşulmalıdır.

Bundan sonra isə menyudan kanallar axtarışa verilir. Axtarışdan sonra kanalların siyahısı ekrana çıxır.

Milli Televiziya və Radio Şurasının məsləhətçisi Teymur Quliyev deyir ki, 2010-cu ildən bəri istehsal edilən bütün LCD monitorlu televizorlarda rəqəmsal yayım dəstəkləndiyindən dekoder almağa ehtiyac yoxdur. Bundan əlavə, dekoder alarkən nəzərə almaq lazımdır ki, dekoder HD yayımı dəstəkləsin. Əks halda siz adi dekoderlə HD formatda yayımlanan kanalları izləyə bilməyəcəksiz./xezerxeber.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar