Rəngbərəng meduzaya oxşar UNO görünüb (FOTO)
05.06.2015 734 0.0 0

Niderlandda rəngarəng meduza formalı uçan naməlum obyekt (UNO) qeydə alınıb. İşıq saçan bu obyekt holland fotoqraf tərəfindən çəkilib.

Xarici mətbuata istinadən verilən məlumata görə, rəngarəng meduza formalı bu sirli obyekt Niderlandın Qroningen şəhərinin hava məkanında axşam vaxtı görünüb. İşıq saçan obyekt holland fotoqraf Harri Pertonun obyektivinə tuş gəlib. O, həmin vaxt yel buludlarını çəkirmiş.

O, əvvəlcə çəkdiyi obyektin şimşək olduğunu zənn edib, lakin sonra həmin obyektin UNO-ya oxşadığını görəndə təəccüblənib. Çünki, adətən, bu söz naməlum uçuş aparatlarına aid edilir.

“Mən elə düşündüm ki, bu, ildırım zərbəsidir, amma evə qayıdandan sonra şəkillərdən birində nə isə qəribə bir şey gördüm. Bu, nə isə UNO deyilən bir şeyə oxşayırdı”, - deyə fotoqraf bildirib.

Lakin fotoqrafın fikrincə, bu, yalnız təbiət hadisəsidir: “Mən hesab edirəm ki, bu meteoroloji hadisədir. Deyək ki, Günəş tufanlı səmada kiçik yarıqdan görünür. Ona görə də müşahidəçi belə "yaşıl obyekt" görür”./trend/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar