Ərəb ər-arvad Bakıda yol qəzasına düşüb öldü
07.11.2016 644 0.0 0

Bakıda baş verən yol-nəqliyyat hadisəsində ərəb turistlər ölüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də Qaradağ rayonunun Ələt qəsəbəsində Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, qəzada ölən şəxslər ər-arvad olub. Onlar Qaradağ rayonu ərazisindəki palçıq vulkanlarını izləməyə gedirmiş./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar