Ərəb koalisiyası Yəmənin şimalında husilərə zərbələr endirib
20.08.2019 459 0.0 0

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının təyyarələri Yəmənin şimalında husilərin mövqelərinə zərbələr endirib.

"RİA Novosti"yə istinadən verilən məlumata görə, hava zərbələri husilər tərəfindən Səudiyyə Ərəbistanının şərqində neft yatağına və neft emalı zavoduna etdikləri hücuma cavab olaraq həyata keçirilib.

Məlumata əsasən, qırıcı təyyarələr husilərin mövqelərinə 5 hava zərbəsi endirib. Zərbələr nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar