Ərəb koalisiyası Yəmənin paytaxtına hava zərbələri endirib, ölən və yaralananlar var
11.11.2017 629 0.0 0

Ərəb koalisiyasına məxsus aviasiyanın Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirməsi nəticəsində azı 4 nəfər ölüb, daha 4-ü yaralanıb

 

TASS agentliyinə istinadən verləni xəbərə görə, ölənlərdən ikisinin uşaq olduğu bildirilir.

 

Zərbələr nəticəsində bir neçə yaşayış binasına zərər dəyib, 7 ev dağılıb. Zərbələrin hədəfində  müdafiə nazirliyinin binası olub.

 

Qeyd edək ki, Yəmənin paytaxtı Sana hazırda üsyançı husilərin nəzarəti altındadır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar