Qusarda qızını zəhərləyib öldürən qadının məhkəməsi başlayıb
11.10.2017 794 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəməsinin hazırlıq iclası başlayıb.

Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, G.Saypullayeva Azərbaycan dilini təmiz bilmir. O, orta məktəbdə 6-cı sinfə qədər oxuduğunu, fermada böyüdüyünü söyləyib: "Anam milliyətcə rus, atam isə ləzgidir. Rus dilində danışa bilirəm".

Buna görə G.Saypullayeva tərcüməçi ilə təmin edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, bu il iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası G.Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib.

G.Saypullayeva şübhəli şəxs qismində tutulub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar