Quru əməliyyatı başlayır (VİDEO)
28.03.2015 852 0.0 0

Səudiyyə Ərəbstanı Hava Qüvvələri Yəməndə aviareydlərin kəsərini artırıb. 

ANS TV-nin məlumatına görə, Rəsmi Ər-Riyyad Misir höküməti ilə Husi üsyançilarına qarşı quru əməliyyatları planını nəzərdən keçirir. Səudiyyə Ərəbstanının başçılıq etdiyi koalisiyaya aid qırıcılar Yəmənin paytaxtı Sənanı bombalamağa davam edir. Yəmən Daxili İşlər Nazirliyindən bildirilib ki, dünənki aviazərbələrdə azı 24 dinc sakin həlak olub. Son 2 gün ərzində ümumi mülki itkilər 45 nəfərə çatıb. 

Körfəz ölkələrinin koalisiyası iddia edir ki, hərbi müdaxiləylə prezident Hadinin ölkəyə qayıda bilməsi üçün təhlükəsiz “İstinadgah” yaratmağa çalışır. 

Bunun üçün Səudiyyə Ərəbistanının başçılığı altında quru qüvvələrin Yəmənə Ədən limanından daxil olacağı gözlənilir. Bu məlumatı Yəmən və Misirdən olan hərbi rəsmiləri də təsdiqləyib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar