Qurban Yetirmişli İrandakı zəlzələnin Azərbaycana təsirindən DANIŞDI
13.11.2017 1024 0.0 0

“İran-İraq sərhədində baş verən güclü zəlzələ Azərbaycanda zəlzələ ocaqlarını oyada bilməz”.

Bunu açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, qeydə alınan ilk güclü təkan Azərbaycanın İranla həmsərhəd olan ərazilərində - Naxçıvan, Lənkəran, Lerik və Yardımlıda hiss olunub.

Q.Yetirmişli qeyd edib ki, üç bala kimi hiss olunan zəlzələ məsafə, regionun geoloji quruluşu və tektonik baxımdan asılı olaraq Azərbaycanın zəlzələ ocaqlarına təsir edə bilməz: "Bu təkanın zəlzələ ocaqlarını oyadıb güclü zəlzələyə səbəb olma ehtimalı da yoxdur".

O bildirib ki, hazırda İranda zəlzələ ocağında proses davam edir və avtoşoklar bir müddət davam edəcək.

“Azərbaycanın zəlzələ ocaqlarında hazırda mühüm aktivlik müşahidə olunmur. Xırda və zəif hiss edilən zəlzələlər isə mütəmadi baş verir və bu normaldır”, - deyə Q. Yetirmişli əlavə edib.

Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.

Zəlzələ nəticəsində İranda 214 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. İraqda isə 6 nəfər ölüb, xeyli insan yaralanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar