Qurban bayramında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışacaq
22.08.2017 716 0.0 0

Qurban bayramı günlərində Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli  deyib ki, hər il olduğu kimi, bu il də baytarlıq qurumu bütün ölkə üzrə gücləndirilmiş iş rejimində çalışacaq”.

 

Onun sözlərinə görə, bayram günlərində təmsil etdiyi qurumun fəaliyyəti gətirilən heyvanların baytarlıq sənədinin yoxlanılması, onların müayinəsi, icazə verilmiş yerdə kəsiminin təmin edilməsi və heyvanların sağlamlığına tam nəzarəti həyata keçirməkdən ibarət olacaq.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

 

Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar