Qüdsdə iğtişaşlar baş verib
29.04.2022 575 0.0 0

Bu gün Ramazan ayının son cümə günü Qüdsdəki Zion Dağında fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında yeni toqquşmalar baş verib.

“The Times of İsrael”ə istinadən xəbər verilir ki, şəhərin Qərb divarı yaxınlığında səhər namazı başa çatandan sonra iğtişaşçılar polisə daş atıb, fişəng buraxıblar.

Bir qrup mskalı şəxs “Hamas” terrorçu hərəkatının bayrağını qaldıraraq fişəng atıb, “Əl Əqsa üçün canımız qurban” şüarını səsləndiriblər.

Toqquşmalar başlayandan, təqribən, bir saat sonra fələstinlilərin bir qismi prosesə qarışaraq tərəfləri sakitləşdirib.

Fələstin Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, hadisələr nəticəsində 42 nəfər nisbətən yüngül xəsarət alıb, onların 22-si xəstəxanaya yerləşdirilib. Üç nəfərin həbs olunduğu bildirilir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar