
Quba rayonunda itkin düşən azyaşlının axtarışları davam etdirilir.
APA-ya verilən məlumata görə, avqustun 28-də Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunub.
Quba rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, axtarışlara xüsusi təlim görən itlər də cəlb edilib.
Uşağın atası Namiq Əliyev bildirib ki, oğlu avqustun 28-də, təxminən 17.00 radələrində itkin düşüb. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxıb. Onun kameralara düşən son görüntüsündən meşə istiqamətinə hərəkət etdiyi görünür.
Hazırda axtarışlar davam etdirilir.
*****
Hallar Nazirliyi Qubada azyaşlının itkin düşməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin saytına istinadən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb. Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Hələlik axtarış işləri nəticə verməyib. Əlavə məlumat veriləcək./apa/