Qubada 4 gün əvvəl kanalda batmış uşağın meyiti tapılıb
04.07.2017 733 0.0 0

Bu il iyunun 30-da Qubada kanalda batmış uşağın meyiti bu gün tapılıb.

 

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən xəbərə görə, Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar