Qorxulu varlıqların yaşadığı meşə - İnanmaq olmur - VİDEO
24.11.2016 1655 0.0 0

Rusiyanın Ural vilayətinin yaxınlığındakı meşədə hər kəsi qorxuya salan varlıq peyda olub.

Məlumata görə, Rusiya vətəndaşı Vadim Qilmanov gecəyarısı qarlı yolda avtomobil sürərkən, insanabənzər varlıqla qarşılaşıb.

Avtomobilin kamerasına düşən görüntülərdə qəribə varlığın yolu keçdiyi görünür.

Qeyd edək ki, dağlarda qəribə varlıqların yaşadığına dair indiyə qədər bir sıra məlumatlar olub. Elmin “qar adamı” adlandırdığı bu varlıqlara XIX əsrdə tez-tez rast gəlinirmiş. 1970-ci ildə isə ingilis alpinist Don Villans Himalay dağlarında “qar adamı” ilə qarşılaşdığını iddia edib.

Bu varlıqların olduğu tam sübut olunmasa da, onlar haqqında çoxlu rəvayətlər var./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar