QORBAÇOV RUSİYA VƏ ABŞ ARASINDAKI TƏHLÜKƏLİ VƏZİYƏTƏ MÜNASİBƏT BİLDİRİB
29.01.2015 1148 0.0 0
SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ arasında açıq-aşkar “soyuq müharibə”nin getdiyini və bunun “qaynar müharibə”yə çevrilə biləcəyini bəyan edib.

 

“İnterfaks”a istinadən verilən məlumata görə, M. Qorbaçov bildirib ki, Vaşinqton dünya fatehi olmaq ideyasını gerçəkləşdirməyə çalışmaqla, Moskvanı qarşıdurmaya sövq edib.

 

“Təəssüf ki, bu “soyuq müharibə”nin “qaynar”a çevrilməyəcəyini əminliklə deyə bilmərəm. Qorxuram ki, onlar (amerikalılar-red.) risk edə bilərlər”, – deyə o qeyd edib.

 

M. Qorbaçov Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına da toxunub: “Bu gün ABŞ və Avropadan ancaq Rusiyaya qarşı sanksiyalar barədə eşidirsən. Onlar başlarını tam itiriblər?”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar