Qorbaçov avtomobil qəzasına düşdü
03.04.2015 658 0.0 0

SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovun olduğu avtomobil Moskvanın şimalında qəzaya düşüb.

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, qəzadan  Qorbaçov xəsarət almadan çıxıb.

Yol-nəqliyyat hadisəsindən dərhal sonra Qorbaçov üçün daha bir maşını göndərilib və o, müstəqil şəkildə avtomobilə minərək yoluna davam edib.

Qorbaçov özü yol-nəqliyyat hadisəsi faktını təsdiq edib və vurğulayıb ki, heç bir narahatlıq yoxdur.

Qorbaçovun sözlərinə görə, o, və sürücüsü qəza nəticəsində zərər çəkməyib. Bundan başqa, keçmiş siyasətçi vurğulayıb ki, qəza onun qrafikinə təsir etməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar