Qonşusunu öldürməkdə şübhəli bilinən şəxs tutulub
04.02.2022 323 0.0 0


Fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
 Qazeta.info Baş Prokurorluğun məlumatına istinadla bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
 Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci  (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 
 Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar