Qoca ərlə arvad sosial şəbəkələrin ulduzlarına döndülər - VİDEO
04.04.2017 1078 0.0 0

Almaniyanın Bavariya bölgəsindəki Durmershaym şəhərinin sakinləri, 70 yaşlı Ditmar Ehrentraut və onun 64 yaşlı xanımı Nellia sosial şəbəkələrin yeni ulduzlarıdır.

Onların rəqs etdiyi anların əks olunduğu videoya on milyonlarla insan baxıb.

Milli.Az Bild-ə istinadən bildirir ki, ötən ay Bavariyadakı rəqs müsabiqəsinə qatılan qoca ərlə arvad videolarının çəkilməsindən xəbərsiz olublar.

Onlar "The Refreshments" qrupunun "Down the Road Apiece" mahnısının sədaları altında çox enerjili şəkildə rok-n-roll rəqs ediblər.

Əslən avstriyalı olan D.Ehrentrautun dediyinə görə, 60 ildən bəri rəqs edirlər və rəqsi çox sevirlər.  Onlar indiyədək "buqi vuqi" stilində bir neçə həvəskar yarışda qalib gəliblər. Bundan başqa, Ditmarla Neliia 4 dəfə Avstriya, bir dəfə Almaniya çempionu olublar.

"Məşhurlaşmağımız  məni heyrətləndirdi. Videomuzun çəkilməsindən xəbərim olmayıb", - Ditmar Ehrentraut deyib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar