QMİ-nin hazırladığı `Moizələr və xütbələr` kitabı məscidlərə paylanılır
05.10.2017 1178 0.0 0

 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “Moizələr və xütbələr” adlı kitab məscidlərə paylanılır.

Bu barədə "Report"a İdarənin Fətva və moizələr şöbəsinin müdiri Aqil Şirinov məlumat verib.

O bildirib ki, yeni nəşr bütün məscidləri əhatə edəcək: "Məscidlərdə imamların əvvəlki xütbə kitabından istifadə etməsi qadağan edilməyib. Yeni nəşrdən istifadə olunması məcburi deyil, tövsiyə xarakterlidir".

A.Şirinov gələcəkdə daha bir xütbələr kitabının işlənəcəyini də bildirib: "Mövzu genişdir və gələcəkdə bu səpkili nəşrlər yenə olacaq. Budəfəki nəşrdə 52 mövzu əhatə olunubsa, hazırlanacaq yeni nəşrdə mövzular daha da geniş şəkildə işlənəcək".  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar