Qiymət artıran daha bir şirkət məsuliyyətə cəlb olunur-Rəsmi məlumat
26.02.2015 842 0.0 0

Qazeta.info İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla bildirir ki, Manatın məzənnəsinin dəyişdirilməsi ilə istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı istehlak bazarında "Tulçinka" yağlarının qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilmişdir.
Bununla əlaqədar həmin yağların istehlak bazarında əsas təchizatçısı olan "Komrad" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin yadığı digər məlumatda isə, İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 980, ev 61 ünvanında "Fərid" şirkətinə məxsus mağazada aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar