Qiymət artımı ilə əlaqədar bu qaydalarda dəyişikliklər edilib
11.01.2018 622 0.0 0

 İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodiki təlimatda dəyişikliklər edilib.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Dəyişikliklər aşağıdakı kimidir:

1.1. II hissənin birinci abzasından “işsizliyə görə” sözləri çıxarılsın;

1.2. V hissənin on doqquzuncu abzasından “(o cümlədən işsizliyə görə verilən müavinətlərin)” sözləri çıxarılsın;

1.3. VII hissənin yeddinci abzası ləğv edilsin.

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar