Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb
15.01.2022 295 0.0 0

Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.

Qazaxıstan mətbuatına istinadən verilən məlumata görə, şənbə günü keçirdiyi brifinqdə Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev bildirib ki, iştişaşlar nəticəsində 225 nəfə ölüb.

"Bu günədək 4 578 zərərçəkənin şəxsiyyəti müəyyən edilib, onlardan 4 353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3 393 əməkdaşı yaralanıb. Fövqəladə vəziyyət dövründə 225 ölü ölkə morqlarına çatdırılıb", - S. Şalabayev bildirib.

Prokuror əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar