Qazaxıstan xüsusi xidmət orqanları neft oğurlamaqda şübhəli bilinən radikal qrup saxlayıb
07.12.2016 773 0.0 0

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) Aktobedə keçirdiyi xüsusi əməliyyat zamanı neft oğurluğunda şübhəli bilinən şəxsləri saxlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Əməliyyat-axtarış tədbirləri nəticəsində neft oğurluğunda iştirak etməkdə şübhəli bilinən şəxslər saxlanılıb, neft və neft məhsulları ilə dolu avtosisternlər ələ keçirilib" - Qazaxıstan MTK-nın saytında yerləşdirilən məlumatda deyilir.

Komitənin mətbuat xidmətinin verdiyi məlumata görə, neft oğurluğu edən şəxslərə himayədarlıq edən radikal islam cərəyanının tərəfdaşlardan ibarət cinayətkar qruplaşmanın bir neçə üzvü həbs olunub.

Hazırda onların yaşadığı ünvanlarda, eləcə də ilkin məlumatlara görə, oğurlanmış neft leqallaşdırılması ilə məşğul olan bir sıra müəssisələrdə axtarış işləri aparılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar