Qazaxıstan Prezidenti: `İğtişaşçılarla heç bir danışıq aparılmayacaq`
07.01.2022 262 0.0 0

“2022-ci il yanvarın 2-də mən hökumətə Qazaxıstanda etirazçıların müraciətlərinə operativ reaksiya verməyi və mayeləşdirilmiş qazın qiymətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirməyi tapşırdım. Təəssüf ki, Qazaxıstanın bir sıra regionlarında və Almatıda bu, zorakılıqla qarşılandı. Buna görə də hökuməti istefaya göndərmək qərarına gəldim və komendant saatı tətbiq etdim".

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.

Tokayev bildirib ki, bütün səylərə baxmayaraq, etirazlar iğtişaşlara səbəb olub.

Prezident vurğulayıb ki, iğtişaşçılarla heç bir danışıq aparılmayacaq.

“Qazaxıstan xarici diplomatik nümayəndəliklərin, habelə xarici şirkətlərin və investorların şəxsi heyətinin və əmlakının təhlükəsizliyini və mühafizəsini təmin edəcək”, - Tokayev əlavə edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar