Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri saxlanılıb
08.01.2022 429 0.0 0

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Kərim Məsimov dövlətə xəyanət ittihamı ilə saxlanılıb.

Qazeta.info Trend-in əsasən bildirir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Milli Təhlükəsizlik Komitəsi yanvarın 6-da Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayəti işi başlayıb.
Cinayət işi çərçivəsində K.Məsimovla yanaşı daha bir neçə şəxs saxlanılıb.

Bununla bağlı daha ətraflı məlumat verilməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar