Qazaxda erməni tutulub
09.11.2015 579 0.0 0

Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb.

 

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.
Saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.
Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar