Qaradağda 6 avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib
02.11.2016 830 0.0 0

Qaradağ rayonunda altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.  APA-nın verdiyi xəbərə görə, qəza Qaradağ rayonunda, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinə gedən yolun 39-cu kilometrliyində baş verib.  
 
Məlumata görə, “QAZ 31”, “VAZ 2107”, “QAZ 24” markalı minik avtomobilləri, iki  “KamAZ” və “İsuzu” markalı yük avtomobilləri toqquşub.
 
İlkin məlumata görə, hadisə yük maşınlarından birinin  aşmış “Kamaz” markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.
 
Qəza nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.      
 
Qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.
 
Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar