Qaradənizdə gərginlik: Rusiya qırıcıları ABŞ gəmilərinə qarşı
01.06.2015 838 0.0 0

Rusiyaya aid qırıcılar Qara dənizdə Rusiya sahillərinə yanaşmağa çalışan ABŞ hərbi dəniz donanmasının gəmilərini dayandırıb. Məlumata görə, Rusiyanın “Su-24” qırıcıları Rusiya sahil sularına daxil olmağa cəhd edən ABŞ gəmilərini beynəlxalq sulara çıxmağa məcbur edib. 

Yerli mətbuata açıqlama verən Rusiya rəsmisi bunu təxribatçı addım kimi qiymətləndirib: 

“Rusiyanın Qara dənizdə olan donanmasının xəbərdarlıqlarına baxmayaraq ABŞ gəmi heyəti aqressiv və təxribatyönümlü hərəkət edib. “Su-24” qırıcıları sərhədin pozulmasının qarşısını aldı və ölkənin mənfəətlərini qorudu”.

Ölkə rəsmisi bildirib ki, Qara dənizdə olan hərbi dəniz donanması Rusiyanın dəniz sərhəddini müntəzəm şəkildə qoruyur və hər hansı bir sərhəd pozuntusuna müdaxilə etməyə hazırdır. 

Xatırladaq ki, 2014-cü ilin aprelində baş vermiş hadisə zamanı Rusiyanın “Su-24” qırıcısı ABŞ “USS Doanld Cook” döyüş gəmisinin yaxınlığından uçaraq xəbərdarlıq etmişdi.

Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov isə Amerikanın döyüş gəmisinin Rusiya sərhəddinə yaxınlaşaraq strateji istiqrar baxımından təhlükə yaratdığını bildirmişdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar