Qarabağda düşmən ordusu böyük itki verdi: 8 ölü, 4 yaralı - FOTOFAKT
15.09.2017 995 0.0 0

İşğal altındakı Azərbaycan ərazilərində erməni hərbi birləşmələrinin N saylı hərbi hissəsinə gedən yolda hərbi yük maşını qəzaya uğrayıb.

Məlumata görə, bu barədə sosial şəbəkələrdə “Armenian army” qrupu məlumat yayıb.

Qrupun məlumatına görə, sentyabrın 13-də hərbiçiləri aparan maşın uçuruma yuvarlanıb. Nəticədə 8 erməni hərbiçisi ölüb, 4-ü yaralanıb. Yaralılar Xankəndi hospitalına yerləşdirilib.

Ölənlər Artem Ovsepyan, Karen Aloyan , Armen Karapetyan, Ovik Karoyan, Ayvaz Asatryan, Arsen Babayan, Qor Masisyan, Zaven Qriqoryan, yaralılar isə Tiqran Aloyan, Karen Adjabyan, Artur Davoyan, Qrayr Kamovyandır.

Qrupda bu məlumatı paylaşan şəxs həmin hərbi hissəsinin əməkdaşıdır./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar