Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında növbəti dəfə toqquşma olub- VİDEO
30.09.2019 792 0.0 0

Qarabağ qaziləri ilə polis və SOCAR əməkdaşları arasında yenidən insident yaşanıb

Bu dəqiqələrdə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qarabağ qaziləri ilə polis və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları arasında insident yaşanıb. Qazeta.info bildirir ki, bu barədə "Hürriyyət"ə verilən məlumata görə, baş vermiş kütləvi dava nəticəsində həm qazilərdən, həm polis, həm də SOCAR əməkdaşlarından müxtəlif dərəcəli bədən xəsarətləri alanlar var.

"Bu dəfəki insident sentyabrın 29-da baş verən hadisədən daha ağırdır. Belə ki, tərəflər arasında yaşanan dava-dalaş bir neçə şəxsin yaralanmasına səbəb olub. Hazırda burda qan su yerinə axır. Hələlik tərəfləri sakitləşdirmək mümkün deyil", deyə məlumatda qeyd olunur.

Əldə etdiyimiz son məlumatlarda isə deyilir ki, SOCAR əməkdaşları və iri cüssəli, idmançı görkəmli şəxslərdən ibarət "qoçu" dəstəsi sözügedən ərazidəki körpünün yanında pusquda durub Qarabağ qazilərini gözləyiblər. Qeyd olunur ki, qazilərə məxsus "NAZ-Lifan" markalı avtomobillər körpünün yanına çatdıqda SOCAR əməkdaşları "qoçu" dəstəsi ilə birlikdə onlara hücum edib, əllərindəki küt alətlərlə  qaziləri al-qana qərq ediblər.

Nəzərinizə çatdıraq ki, yaxın dəqiqələrdə həm hadisə ilə bağlı əlavə məlumat əldə etməyə, həm də indisentlə bağlı foto görüntülər yaymağa çalışacağıq.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar