Qanun qəbul edildikdən sonra tütün məmulatlarının nümayişinin qadağası əvvələ də şamil olunacaq
27.04.2017 741 0.0 0

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qabul edildikdən tütün məmulatlarının (siqaretin) nümayişinin qadağa olunması əvvələ də şamil ediləcək.
 
Məlumata görə, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirib.
 
O qeyd edib ki, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin ikinci oxunuşunda edilən dəyişiklikdə əskini tapıb: “Birinci oxunuşda bunu yalnız qanun qəbul edildikdən sonra çəkiləcək video materiallarda (kino, proqram, veriliş və s.) nəzərdə tutmuşduq. Lakin sonradan edilən irad və təklifləri nəzərə alaraq, Türkiyə modelindən istifadə etməyə qərar verdik. Qanun qəbul edildikdən sonra tütün məmulatlarının nümayişinin qadağan edilməsi geriyə də şamil olunacaq. Bu vaxtadək çəkilən bütün video materiallar efirə verilən zaman siqaretin nümayişi qadağan ediləcək”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar