Qafqazın xilası kimin əlindədir?
26.05.2015 668 0.0 0

Gürcüstan beynəlxalq birliyi öz strateji qərarlarını, o cümlədən Gürcüstanın NATO-ya daxil olması barədə qərarı tezləşdirməyə çağırır. 

Məlumata görə, Gürcüstan parlamentinin sədri David Usupaşvilinin bu çağırışı İspaniyanı "El Pais" qəzetinin müxbiri Mariya Sosa Troyaya verdiyi müsahibənin ana xəttini təşkil edir. 

Keçən cümə İspaniya paytaxtına baş çəkmiş Usupaşvili Avropa Birliyinin yeni strategiyası ilə bağlı fikrini də bildirib: "Biz hesab edirik ki, AB-nin genişlənməsi yenidən bir nömrəli tapşırıq olmalıdır. Rusiya ilə AB arasında eyni zamanda həm Moskvanın, həm Brüsselin təsiri altında olan "boz zona"nın olması səhv qərardır".

Usupaşvili Qafqazı gözləyən böyük təhlükədən danışıb: "Rusiya hərbi bazalarının yerləşdiyi Ermənistanı Cənubi Osetiya ilə birləşdirmək istəyir. Uzunluğu 60 kilometr olan bu dəhliz Asiyanı Avropa ilə birləşdirməyə imkan verir. Rusiya bu zolağı ələ keçirirsə, onda iki qitə arasındakı hər şeyi nəzarətə götürəcək. Ona görə, düşünürəm ki, Gürücstanın AB-yə və NATO-ya birləşdirilməsi müsbət rol oynaya bilər. Bunun hesabına yalnız Gürcüstan deyil, bütün siyasi region fəlakətdən xilas ola bilər". 

“Avropa üçün reallıq belədir ki, Moskva AB və NATO-nun öz fəaliyyətini dayandırdığı nöqtəyə qədər girəcək. Bu sivilizasiyaların döyüşüdür", - deyə Usupaşvili vurğulayır. 

Sosial sorğulara görə, Gürcüstanda Avropa Birliyi tərəfdarları Avrasiya İttifaqı tərəfdarlarından iki dəfə çoxdur: gürcülərin yalnız 31%-i Avrasiya İttifaqına daxil olmağın tərəfdarıdır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar